Moskvada martın 22-də “Crocus City Hall”da törədilmiş terror aktında ölənlərin sayı artıb.

Leqal.info xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Bastrıkin bildirib.

Onun sözlərinə əsasən, terror aktı nəticəsində 3-ü uşaq olmaqla 139 (137 nəfər hadisə yerində) nəfər həlak olub.

Ölənlərdən 75 nəfərin şəxsiyyəti müəyyən edilib.

Ölənlərdən 40-ı güllə yaralarından, 45-i isə yanğından dünyasını dəyişib.

Leqal.info