İranın İsrailə endirdiyi raket zərbələri iki hərbi aviabazanın işini dayandırıb.

Leqal.info “ABC News”a istinadən xəbər verir ki, sözügedən obyektlərə ümumilikdə doqquz ədəd raket atılıb.

Nəticədə “Nevatim” aviabazasındakı təyyarələrdən biri, uçuş-enmə zolağı, habelə anbar sıradan çıxarılıb. Raketlərin bir qismi isə “Nehev” bazasına düşüb.

Hadisə zamanı hərbi obyektə ciddi ziyan dəymədiyi bildirilsə də, onların fəaliyyəti müvəqqəti dayandırılıb.

Leqal.info