Suriyanın paytaxtı Dəməşqdə İsrail ordusuna məxsus pilotsuz uçuş aparatından aeroport şossesi ilə hərəkət edən avtomobilə zərbə endirilib.
Leqal.info “Elnashra” portalına istinadən xəbər verir ki, nəticədə 1 nəfər ölüb, digəri isə yaralanıb.

Sonuncu dəfə analoji hadisə avqustun 28-də “Hizbullah” tərəfindən törədlib. Bu zaman isə avtomobildə olanların hamısı həlak olub.

Leqal.info