Rusiya Ukraynaya qarşı ötən gecəki hücumunda 728 drondan və 13 raketdən istifadə edib.

Leqal.info xəbər verir ki, bu barədə Ukrayna Hərbi hava Qüvvələri məlumat verib.

Məlumata əsasən, Ukraynanın havadan müdafiə sistemləri dronların 718-ni və raketlərin 7-ni zərərsizləşdirib.

Sözügedən hücum indiyə qədərki ən böyük hücum kimi qiymətləndirilib.

Rusiyanın hücumlarının əsas hədəfi Volın vilayətində yerləşən Lutsk şəhəri olub.

Bu 3 illik müharibədə Rusiyanın Ukraynaya ən böyük PUA və raket hücumudur.

Leqal.info