"Rosoboroneksport” ASC sentyabrın 6-8-də Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində – ADEX-2022-də iştirak edəcək.

"Leqal.info" xəbər verir ki, “Rosoboroneksport” ADEX sərgisinin ənənəvi iştirakçısıdır. Bakıda uzunmüddətli mehriban qonşuluq münasibətlərimiz olan Xəzər regionu ölkələri üçün Rusiyanın aparıcı müəssisələrinin müdafiə sahəsi ilə bağlı məhsullarını nümayiş etdirəcəyik. Rusiya ekspozisiyasında bütün növ silahlı qüvvələr, hərbi bölmələr, həmçinin xüsusi və polis bölmələri üçün 500-ə yaxın nümunə, mülki məhsulların geniş çeşidlərini göstərəcəyik”, – şirkətin baş direktoru Aleksandr Mixeyev bildirib.

Ümumilikdə, ADEX-2022-də Rusiya ekspozisiyasında 20-dən çox sənaye müəssisəsi iştirak edəcək. Bu şirkətlərdən altısı istehsal etdikləri məhsulları stendlərdə nümayiş etdirəcək. “Rosoboroneksport” isə müasir hərbi texnikalar təqdim edəcək: İl-76MD-90A(E) hərbi-nəqliyyat təyyarəsi, “Su-35” çoxməqsədli supermanevrli qırıcı, “Ka-52(E)” kəşfiyyat-zərbə helikopteri, Mi-35M nəqliyyat-döyüş helikopteri, “Terminator” döyüş maşını, 155 mm-lik “Msta-S” özüyeriyən haubitsa, “Buk-M2E” zenit-raket kompleksi və “Xrizantema-S” tank əleyhinə idarə olunan raket və sair.