“Hörmüz boğazı ABŞ-ın təhdidləri ilə deyil, yalnız İranın müəyyən edəcəyi şərtlərlə açılacaq”.

Leqal.info xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.

Qalibaf həmçinin vurğulayıb:

“ABŞ hələ zorakılığın və vədləri pozmağın cəzasız qalmayacağını öyrənməyib. Mən bunu açıq şəkildə deyəcəyəm: zərbə endirsəniz, cavab zərbəsi alacaqsınız”.

Leqal.info