ABŞ Prezidenti Donald Tramp bu gün Rusiya Prezidenti Vladimir Putin ilə telefon danışığı aparacağını bildirib.

Leqal.info xəbər verir ki, Tramp NATO sammiti çərçivəsində jurnalistlərə açıqlamasında Putinin müharibəni başa çatdırmaq istədiyini deyib.

"Bu gün Putinlə danışacağam. O, müharibəni bitirmək istəyir. Çoxları buna inanmır", – ABŞ Prezidenti bildirib.

Qeyd edək ki, Rusiya və ABŞ prezidentləri arasında son telefon danışığı iyulun 4-də baş tutub.

Tramp qeyd edib ki, son həftələr ərzində Ukraynada müharibənin dayandırılması istiqamətində əhəmiyyətli irəliləyiş əldə olunub.

"Biz Putinə təzyiq göstəririk. Baş verənlər onun xoşuna gəlmir", – o vurğulayıb.

ABŞ Prezidenti həmçinin qeyd edib ki, Ukrayna ilə Rusiya arasında sülh sazişi üzərində uzun müddətdir iş aparılır və bu sazişin həm üstünlükləri, həm də çatışmazlıqları var.

Tramp eyni zamanda Vaşinqtonun Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı heç bir son tarix müəyyən etmədiyini bildirib.

Ukraynaya səfər ehtimalına toxunan ABŞ Prezidenti deyib:

"Ukraynaya gələcəyəm. Amma müharibə dövründə təhlükəsizlik xidmətinin buna icazə verib-verməyəcəyini bilmirəm. Kiyevə səfər etmək yaxşı olardı. Ancaq bunu müharibə başa çatdıqdan sonra etmək istərdim".

Leqal.info