Leqal.info xəbər verir ki, bu fikri ABŞ Prezidenti Donald Tramp NATO-nun Ankarada keçirilən sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə deyib.
Tramp Rusiya-Ukrayna müharibəsinin nizamlanmasının gözlədiyindən daha mürəkkəb olduğunu da etiraf edib.
"Biz çox müharibənin nizamlanmasına nail olmuşuq. Düşünürdüm ki, bu münaqişənin də həlli asan olacaq. Lakin Putin çətin xarakterli insandır, bu oğlan (Zelenski - red.) da çətin xarakterlidir. Bu heç də asan məsələ deyil. Bu, çox böyük səylər və qətiyyət tələb edir", – ABŞ Prezidenti bildirib.
Tramp eyni zamanda Zelenski ilə münasibətlərinin əhəmiyyətli dərəcədə yaxşılaşdığını vurğulayıb.
"Zelenski ilə çox yaxşı münasibətlərimiz var. Oval kabinetdəki görüşdən bu günə qədər yaxşı münasibətlər qurmuşuq", – o qeyd edib.
Leqal.info