Azərbaycanda son sutka ərzində koronavirusa (COVİD-19) qarşı 258 peyvənd vurulub.

Leqal.info xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi məlumata əsasən, bir gündə birinci mərhələ üzrə peyvənd olunanların sayı 85, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 53, üç və daha artıq doza üzrə peyvənd olunanların sayı 109, pozitiv nəticədən sonra buster doza üzrə peyvənd olunanların sayı 11 nəfərdir.
Vurulan peyvəndlərin ümumi sayı 13 943 307, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 402 554, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 4 877 200, üç və daha artıq doza üzrə peyvənd olunanların sayı 3 398 252, pozitiv nəticədən sonra buster doza üzrə peyvənd olunanların sayı isə 265 301 nəfər təşkil edir.
Leyla Kamil
Leqal.info