Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1113 vaksin vurulub.

"Leqal.info” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 202, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 160, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 658, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 93 nəfərdir.


Peyvənd olunanların sayı açıqlandı