Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada Livanın XİN rəhbəri və Livanın nəqliyyat naziri ilə birgə mətbuat konfransında 16 Livan vətəndaşının Türkiyədə zəlzələdə həlak olduğunu bildirib.

Leqal.info xəbər verir ki, Mövlud Çavuşoğlu zəlzələ nəticəsində yaralanan Livan vətəndaşlarının da olduğunu qeyd edib.
Eyni zamanda Livan xilasedicilərinin axtarış-xilasetmə əməliyyatlarında iştirak etdiyi Türkiyə xarici işlər naziri tərəfindən vurğulanıb.
Elnurə Fərhadqızı
Leqal.info