Fransa Prezidenti Emmanuel Makron Böyük Britaniya kralı III Çarlzın tacqoyma mərasimində iştirak edəcək.

Leqal.info xəbər verir ki, bu barədə Böyül Britaniyanın “The Times” gündəlik qəzeti yazıb.

Tacqoyma mərasiminin 2 min nəfərin iştirakı ilə Londondakı Vestminster abbatlığında (Westminster Abbey) 6 may tarixində keçiriləcəyi qeyd olunub.

“Əlahəzrət kral, kraliça-konsort (kralın həyat yoldaşı) və Britaniya xalqı ilə bizim aramızda güclü dostluq, hörmət və ehtiram mövcuddur”, - nəşr Makronun dediklərindən sitat gətirib.

Nəşr, eyni zamanda fransız diplomatik mənbəsinə istinad edərək Böyük Britaniya ilə münasibətlərin Fransa hakimiyyəti üçün çox böyük əhəmiyyəti olduğunu bildirib.

Elvin Mahmudlu
Leqal.info