Moskvada Türkiyə, Rusiya, İran və Suriya müdafiə nazirləri - Hulusi Akar, Sergey Şoyqu, Mohammad Reza Aştiyani və Ali Mahmud Abbas arasında dördtərəfli görüş keçirilib.

Leqal.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlər Türkiyə-Suriya münasibətlərinin normallaşmasını müzakirə ediblər.

Tərəflər, eyni zamanda Suriyada terrorla mübarizə ilə bağlı, suriyalı köçkünlərin torpaqlarına qayıtması istiqamətində atıla biləcək addımlarla əlaqədar müzakirələr aparıblar.

Leyla Kamil
Leqal.info