“Süni intellekt sferasının qlobal iqtisadiyyata töhfəsi 2030-cu ilə kimi 15 trilyon dollara çata bilər”.

Leqal.info xəbər verir ki, bunu BMT Baş katibi Antoniu Quterreş qurumun Təhlükəsizlik Şurasının süni intellektə həsr olunmuş iclasında bildirib.

O, generativ süni intellektin inkişafından heyrətləndiyini və yaxşı mənada şoka düşdüyünü qeyd edib.

“Bu yeni texnologiyanın bütün formalarında sürəti və əhatə dairəsi tamamilə misilsizdir”, - A.Quterreş bildirib və diqqətə çatdırıb ki, məşhur “ChatGPT” çat-botunun istifadəçilərinin sayı cəmi iki ay ərzində 100 milyona çatıb.

“Maliyyə sektorunda süni intellektin qlobal iqtisadiyyata töhfəsinin 2030-cu ilə kimi 10 trilyon ilə 15 trilyon dollar arasında olacağı gözlənilir”, - A.Quterreş vurğulayıb.

Leyla Kamil
Leqal.info