Beynəlxalq İdman Mətbuatı Assosiasiyası Argentina və Paris Sen-Jermen klubunun hücumçusu Lionel Messini ilin ən yaxşı idmançısı elan edib. Argentinalı Paris komandasının ortağı Kilian Mbappe və idmançı Armand Duplantisi qabaqlayıb.

Leqal.info xəbər verir ki, AİPS-in rəsmi saytının məlumatına görə, səsvermədə dünyanın 113 ölkəsindən 420 jurnalist iştirak edib. “Alibiseleste”nin kapitanı ümumilikdə 962 xal toplayıb. Onun ardınca dirəklə tullanma üzrə isveçli Duplantis (373 xal) gəlib. Üçüncü yeri fransalı hücumçu Mbappe (366) tutub.

2022-ci ilin ən yaxşı qadın idmançısı kataloniyalı “Barselona”nın futbolçusu Aleksia Putlhas olub.

Xatırladaq ki, Messi Argentina millisinin tərkibində dünya çempionatının qızıl medalını qazanıb. O, turnirin ən yaxşı oyunçusu kimi tanınıb.
Elnurə Fərhadqızı
Leqal.info