Fransa və Rumıniya sentyabrın 12-də Ukrayna taxılının Avropaya və inkişaf etməkdə olan ölkələrə əlavə ixracına dair saziş imzalayacaqlar.

"Leqal.info" xəbər verir ki, bu barədə Fransanın nəqliyyat naziri Klement Bon “France Inter” radiostansiyasına müsahibəsində deyib.

Bon qeyd edib ki, əlavə ixrac Avropa və inkişaf etməkdə olan ölkələr, o cümlədən Aralıq dənizi regionu üçün nəzərdə tutulub.

Onun sözlərinə görə, Fransa öz dəstəyi ilə taxılın çay, dəniz və quru yolları ilə bu cür təchizata ehtiyacı olan ölkələrə ixracı prosesini gücləndirəcək.