Qəbələdə ana və azyaşlı qızı dərmandan zəhərlənib.

Leqal.info xəbər verir ki, dərmandan zəhərlənərək rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Qəbələ rayon Zarağan qəsəbə sakinləri -1989-cu il təvəllüdlü Rzayeva Səfagül Ağaxan qızı və 2016-cı il təvəllüdlü qızı Rzazadə Nuray Sakit qızının vəziyyətləri kafi olaraq qiymətləndirilir.
Zərərçəkənlərin həşərat dərmanından zəhərləndikləri ehtimal olunur.
Faktla bağlı araşdırma davam edir.
Elnurə Fərhadqızı
Leqal.info