Quba-Xaçmaz yolunun Zərdabi kəndi ərazisindən keçən hissəsində “Toyota” markalı avtomobil yolu keçmək istəyən 1967-ci il təvəllüdlü Gülsüm Poladovanı vurub.

Leqal.info xəbər verir ki, Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Gülsüm Poladovanın vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Faktla əlaqədar araşdırma aparılır.
Elnurə Fərhadqızı
Leqal.info