Bu gün səhər saatlarında Naxçıvan şəhərinin 1-ci mikrorayon ərazisində şəhər sakini 1972-ci il təvəllüdlü Tağı İsmayılovun idarə etdiyi avtomobil aşıb.

Leqal.info xəbər verir ki, qəza nəticəsində xəsarət alan sürücü və həyat yoldaşı Rəsmiyyə İsmayılova Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər və vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Leyla Kamil
Leqal.info