Naxçıvanda 27 yaşlı qadın zəhərlənib.


Leqal.info xəbər verir ki, hadisə bu gün Kəngərli rayonunun Qabıllı kəndində baş verib. Kənd sakini, 1996-cı il təvəllüdlü Alyona Həsənova miqren ağrısı üçün ağrıkəsicidən istifadə edib və zəhərlənən, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən A.Həsənovanın vəziyyəti orta-ağırdır.


Elnurə Fərhadqızı

Leqal.info