Ağdaşın Ləki qəsəbəsində avtomobil qəzası olub.

Leqal.info xəbər verir ki, hadisə nəticəsində bir ailənin 5 üzvü - 2021-ci il təvəllüdlü Məmmədyarova Yağmur Həsrət qızı, 2017-ci il təvəllüdlü Məmmədyarov Oktay Həsrət, 2009-cu il təvəllüdlü İsmiyeva Sevinc Əhməd qızı, 1998-ci il təvəllüdlü Məmmədova Reyhan Süleyman qızı, 1953-cü il təvəllüdlü Məmmədyarova Zemfira Telli qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Vəziyyətləri orta-ağır qiymətdirilən xəsarət alanlar müşahidə altında saxlanılırlar.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info