Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Leqal.info xəbər verir ki, Naxçıvan şəhərində 3 nömrəli tam orta məktəbinin qarşısında avtomobil yolu keçən qadını vurub.

Xəsarət alan 1979-cu il Naxçıvan şəhər sakini Məmmədova Lamiyə Məhərrəm qızı Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti sabitdir.

Sözügedən faktla bağlı araşdırma aparılır.

Elnurə Fərhadqızı
Leqal.info