Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində yüksək sürətlə hərəkət edən iki avtomobilin toqquşması nəticəsində 2002-ci il təvəllüdlü Babək rayon Şıxmahmud kənd sakini Xumar Məhərrəmova xəsarət alıb.

Leqal.info xəbər verir ki, Naxçıvan Dövlət Universitetində təhsil alan Xumar Məhərrovanın Naxçıvan Muxtar Respublikası Xəstəxanasına yerləşdirildiyi və vəziyyətinin sabit olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Elnurə Fərhadqızı
Leqal.info