Şəkidə bir ailənin üç üzvü dəm qazından zəhərlənib.

Leqal.info xəbər verir ki,, gecə saat 2 radələrində Şəki şəhər sakinləri olan 60 yaşlı Rəsul Hacıyev, xanımı 54 yaşlı Xədicə Hacıyeva və nəvələri 13 yaşlı Şəhriyar Məmmədov zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olublar. Müayinə zamanı onların yaşadığı ünvanda dəm qazından zəhərləndiyi aşkarlanıb. Həkim müdaxiləsindən sonra zərərçəkənlərin vəziyyəti stabilləşib və səhər saatlarında evə buraxılıblar.

Sözügedən faktla bağlı araşdırma aparılır.

Elnurə Fərhadqızı
Leqal.info