Göygöldə bıçaqlanma hadisəsi baş verib.

Leqal.info xəbər verir ki, hadisə rayonun Quşçu kəndində olub.

Döş qəsəfinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilən 1968-ci il təvəllüdlü Səftar Məmmədov əməliyyat edilib, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

S.Məmmədovun tanışı tərəfindən bıçaqlandığı bildirilir.

Sözügedən faktla bağlı araşdırma aparılır.

Elnurə Fərhadqızı
Leqal.info