Yevlaxda avtomobil iki qadını vurub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Nizami prospektində baş verib.

1991-ci il təvəllüdlü Ruslan Abdullayev idarə etdiyi "Qaz-322132" markalı mikroavtobusla 1962-ci il təvəllüdlü Bəsdi Mirzəyevanı və 1975-ci il təvəllüdlü Səbinə Ələsgərovanı vurub.

Piyadalardan Səbinə Ələsgərova hadisə yerində dünyasını dəyişib, xəsarət alan Bəsdi Mirzəyeva iisə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Elnurə Fərhadqızı
Leqal.info