Lənkəranda minik avtomobili divara çırpılıb. Xəsarət alan var.

Leqal.info xəbər verir ki, hadisə səhər saatlarında Lənkəran - Boradigah yolunun Veravul kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan "VAZ 21015" markalı minik avtomobil idarəetməni itirərək divara çırpılıb.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 1999-cu il təvəllüdlü Elşad Qılman oğlu Musazadə təcili tibbi yardım maşını ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Elnurə Fərhadqızı
Leqal.info