Bakının Nərimanov rayonunda yol qəzası zamanı qadın ağır xəsarət alıb.

Leqal.info xəbər verir ki, hadisə Fətəli Xan Xoyski küçəsində baş verib.

1973-cü il təvəllüdlü Ağayeva Afaq Elya qızı yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elnurə Fərhadqızı
Leqal.info