Şəmkirdə bıçaqlanma hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə Şəmkir şəhərində yerləşən bazarda baş verib.

46 yaşlı Elşən Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat edilən yaralının vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata əsasən, Elşən Məmmədov bibisi oğlu tərəfindən bıçaqlanıb. İlkin məlumata görə hadisəyə səbəb onların arasında düşən mübahisə olub.

Sözügedən faktla bağlı araşdırma aparılır.

Elnurə Fərhadqızı
Leqal.info