Ağsuda avtomobil piyadanı vurub.

Leqal.info xəbər verir ki, hadisə nəticəsində Ağsu rayon Qaraqaşlı kənd sakini 1963-ci il təvəllüdlü Əsgərov Aydın Əhəd oğlu xəsarət alıb.

Piyada Mərkəzi rayon xəstəxanasına çatdırılıb, vəziyyəti normal olaraq qiymətləndirilir.

Elnurə Fərhadqızı
Leqal.info