Naxçıvanda avtomobil piyadanı vurub.

Leqal.info xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib.

Belə ki, avtomobil yolu keçən 1994-cü il təvəllüdlü Şərur rayon Çərçiboğan kənd sakini Namazov Nail Elşən oğlunu vurub.

PiyadaNaxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info