Bakıda avtomobilin vurduğu piyada ölüb.

Leqal.info xəbər verir ki, aprelin 10-da Zamanov Zərbi Eyvaz oğlu idarə etdiyi "VAZ 2170" markalı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində şəhər istiqamətində hərəkətdə olarkən piyada 1983-cü il təvəllüdlü Əsgərov Fuad Məmməd oğlunu vurub.

Piyada xəstəxanaya yerləşdirilsə də, ötən gün dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb.

Elnurə Fərhadqızı
Leqal.info