Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Leqal.info xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan "Mitsubishi" və digər minik avtomobilinin toqquşması nəticəsində iki qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Elnurə Fərhadqızı
Leqal.info