Biləsuvarda avtomobil qəzası baş verib.

Leqal.info xəbər verir ki, hadisə Ələt - Astara magistralının Biləsuvar rayonu ərazisindən keçən hissəsində olub.

"Nissan Sunay" markalı minik avtomobili hərəkətdə olarkən idarəetməni itirib və maneəyə çırpılıb. Qəza nəticəsində xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elnurə Fərhadqızı
Leqal.info