Naxçıvan-Sədərək magistralında ağır yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə bu gün səhər saatlarında magistralın Əliabad qəsəbəsindən keçən hissəsində baş verib. İki avtomobilin toqquşması nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Belə ki, hadisə zamanı avtomobildə olan Qaraçuq kənd sakinləri 1967-ci il təvəllüdlü Əmrah Novruzov, 1968-ci il təvəllüdlü Gülnar Novruzova, 1991-ci il təvəllüdlü Türkanə Novruzova, Naxçıvan şəhər sakinləri 2010-cu il təvəllüdlü Novruz Allahverdiyev, 2012-ci il təvəllüdlü Ramal Allahverdiyev, Şərur rayon İbadulla kənd sakinləri 1989-cu il təvəllüdlü Orxan Cəlilov və 2014-cü il təvəllüdlü Sevgi Cəlilova xəsarət alıblar.

Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən xəsarət alanların vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Elnurə Fərhadqızı
Leqal.info