Bakı-Qazax-Gürcüstan magistral yolunun Göygöl rayon ərazisindən keçən hissəsində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Leqal.info xəbər verir ki, 2 minik avtomobilinin toqquşması nəticəsində , 1963-cü il təvəllüdlü Tamam Hüseynova, 1981-ci il təvəllüdlü Nişanə Bayramova və 2001-ci il təvəllüdlü Qasımov Fərid Səmid oğlu müxtəlif bədən xəsarətləri alıb.

Xəstəxanaya yerləşdirilən xəsarət alanların vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Elnurə Fərhadqızı
Leqal.info