Sumqayıtda avtomobil 73 yaşlı kişini vuraraq öldürüb.

Leqal.info xəbər verir ki, hadisə 17-ci mikrorayon ərazisində baş verib.

Aydın Mirzəzadə idarə etdiyi "KİA RİO" markalı avtomobillə yolu keçən, 1950-ci il təvəllüdlü Eldar Məmmədzadəni vurub. Piyada xəstəxanaya yerləşdirilsə də, orada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb.

Elnurə Fərhadqızı
Leqal.info