Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə Həşimxanlı kəndində baş verib.

İki minik maşınının toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.

Yaralılardan ağır vəziyyətdə olanı Şirvan xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Elnurə Fərhadqızı
Leqal.info