Kürdəmir rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Köhnə bazar adlanan ərazisindən keçən hissəsində baş verib.

"Mercedes", "QAZ 3110" və "VAZ 2106" markalı avtomobillər toqquşması nəticəsində Səlimov Taleh Telman oğlu, Abdullayev Ülvi Ələsgər oğlu və Osmanov Elşad müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Elnurə Fərhadqızı
Leqal.info