Qax sakini qidadan zəhərlənib.

Leqal.info xəbər verir ki, Qax rayonunun Dəymədağlı kənd sakini, 1994-cü il təvəllüdlü Səxavət Muradov zəhərlənmə diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub. İlkin müayinənin nəticəsinə görə, onun göbələkdən zəhərləndiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Elnurə Fərhadqızı

Leqal.info