Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə bu gün səhər saatlarında Əliabad ərazisində baş verib. İki avtomobilin toqquşması nəticəsində 1977-ci il təvəllüdlü Naxçıvan şəhər sakini Hacıyev Şahin Fəxrəddin oğlu xəsarət alaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti sabit qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Elnurə Fərhadqızı
Leqal.info