Naxçıvanda yanğın baş verib.

Leqal.info Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbəsində ümumi sahəsi 200 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Leqal.info