Gəncədə yol nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə Gəncə Şəmkir yolunun 1 km-də baş verib.

Hərəkətdə olan "PASSAT "markalı minik maşını ilə yük maşını toqquşub. Qəza zamanı xəsarət alan olmayıb, lakin minik maşınına ciddi ziyan dəyib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Elnurə Fərhadqızı
Leqal.info