Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 90 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü yanıb.

Leqal.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanar konstruksiyaların 50 m² sahədə, 1 otağın yanar konstruksiyaları və ev əşyalarının 20 m² sahədə yandığı qeyd olunub.

"Yüksək temperaturdan yaxınlıqda olan evin 1 ədəd pəncərə çərçivəsi qismən qarsalanıb. Evlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə qeyd olunub.

Leqal.info