Bakıda avtomobil velosipedçini vuraraq öldürüb.

Leqal.info xəbər verir ki, hadisə Xəzər rayonu, Qala qəsəbəsində baş verib. 1965-ci il təvəllüdlü İsmayılov Azər İslam oğlu idarə etdiyi “Ford Transit” markalı avtomobil ilə yolu keçən velosipedçi, 1979-cu il təvəllüdlü Əbilov Daməd Mirələm oğlunu vuraraq öldürüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Elnurə Fərhadqızı
Leqal.info