Bakıda avtomobil qadını vuraraq öldürüb.

Leqal.info xəbər verir ki, 1993-cü il təvəllüdlü Niftəliyev Həbib Vidadi oğlu idarə etdiyi “Toyota Pirius” markalı avtomobil ilə Yasamal rayonu, Nazim Hikmət küçəsi istiqamətində hərəkətdə olarkən şəxsiyyəti məlum olmayan qadını vurub.

Nəticədə, piyada aldığı ağır dərəcəli xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb.

Elnurə Fərhadqızı
Leqal.info