Xaçmazda avtomobil velosipedçini vuraraq öldürüb.


Leqal.info xəbər verir ki, 1993-cü il təvəllüdlü Dusmətov Seymur Bəyəli oğlu Köhnə Xudat kəndi ərazisindəki yolda idarə etdiyi “Opel Vectra” markalı avtomobillə Qusar şəhəri istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən velosipedçi, 1998-ci il təvəllüdlü Həmrayev Sənan Cəmaləddin oğlunu vurub.

Velosipedçi hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb.

Elnurə Fərhadqızı
Leqal.info