Ucarda yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun H. Əliyev prospektində baş verib. "VAZ-21010" və "Saipa" markalı maşınların toqquşması nəticəsində 4 nəfər Ucar rayon sakini - 2006-cı il təvəllüdlü Lətifov Ülvi Şüküroviç, 2005-ci il təvəllüdlü Elton Aydın oğlu Abbasov, 2006-cı il təvəllüdlü Aydın Güləhməd oğlu Məmmədov və 2006-cı il təvəllüdlü Mirmövsüm Mircəlal oğlu Mövsümov müxtəlif xəsarətlər alaraq Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

M. Mövsümovun vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Elnurə Fərhadqızı
Leqal.info