Ucarda zəncirvari yol- nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə bu gün rayon ərazisində baş verib. "VAZ 2106", "VAZ 2107" və "KİA" markalı minik avtomobilləri toqquşub. Nəticədə, rayonun Qazıqumlaq kənd sakinləri, 1959 -cu il təvəllüdlü Həqiqət Kərim qızı Rüstəmova və 1953-cü il təvəllüdlü Zal Hacı oğlu Rüstəmov müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Elnurə Fərhadqızı
Leqal.info