Bakıda 19 yaşlı sürücü piyadanı vuraraq öldürüb.

Leqal.info xəbər verir ki, 2004-cü il təvəllüdlü Hüseynov Cafar Faiq oğlu “Hyundai İX 35” markalı avtomobillə Xəzər rayonu, Zaqulba prospektində mərkəz istiqamətində hərəkətdə olarkən piyada 1964-cü il təvəllüdlü, Bakı şəhər sakini Cabarova Şahsənəm Əli qızını vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb.

Elnurə Fərhadqızı
Leqal.info